changan uni-k 2022

Unikal cazibədar Çin krossoveri Changan Uni-K tezliklə Azərbaycanda!

“Changan” brendinin Azərbaycandakı rəsmi nümayəndəliyi “Azərbaycan Avtomobil Evi” Uni-K modelinin artıq may ayının əvvəlində Azərbaycan bazarında satışa hazır olduğunu açıqladı.

Uni-K modeli D-SUV seqmentinə aiddir (uzunluğu 4,86 ​​metrdən çoxdur). İstehsalçı yeni modeli səkkiz pilləli avtomat sürət qutusu ilə, 233 at gücünə malik iki litrlik turbo mühərriklə təchiz etmişdir.

Uni-K modeli Azərbaycanda iki təchizatda təklif olunacaqdır, 2WD və 4WD. 4WD təchizatında 3 idarəetmə rejimi olacaqdır (4WD, 2WD və auto).

Krossover öz adını çin dilindən tərcümədə “cazibə” mənasını verən 引力 (“yinli”) sözündən almışdır – təsadüfi deyildir ki, avtomobilin dəbli dizaynı kifayət qədər marağa səbəb olmuşdur. 

Avtomobil çərçivəsiz radiator barmaqlığı, Y formalı dinamik işıqlar və auto sensorlu açılan qapı tutacaqları ilə təchiz edilmişdir.

 changan uni-k 2022  changan uni-k 2022

Uni-K modeli Azərbaycanda 2022-ci ilin sonunda gözlənilirdi, lakin yüksək satış göstəriciləri və modelə marağın artması səbəbindən Azərbaycanın rəsmi distribütoru “Avtomobil Evi” bu tarixi 6 ay önə çəkə bildi. Avtomobilin ən yüksək təchizatı 69.900 AZN dəyərində təklif olunur və artıq Uni-K modeli üçün öncədən sifariş elan edilmişdir.

Ətraflı məlumat üçün:

*5544 
https://changan.az/uni-k/

Babək pr., 74

Öncədən sifariş et