Lüks olmağa iddialı Changan Eado PLUS
Changan Eado Plus
Changan Eado Plus, alıcılara Standart və Sport olmaq üzrə seçim üçün 2 fərqli görünüşə malik avtomobil təqdim etdi. Mühərrik seçimində 157 at gücündə 1.4 litrlik Turbo mühərriklə birgə işləyən 5 pilləli mexanika, 6 pilləli sadə avtomatik və 7 pilləli 2 muftalı robot transmissiya seçimini edə bilərsiniz.
Yeni Eado Plus, sadə Eadoya nəzərən daha aqressiv görünür. Faraların daxili qara rəngə bürünüb və aqressivlik üçün ölçüsü daha kompakt edilib.
Avtomobilə açarsız giriş mümkündür, qapılar bağlandıqda yan aynalarda avtomatik qatlanma özəlliyi də var.
Açıla bilən panoramik tavan, 3 qollu çoxfunksiyalı sükan, start-stop düyməli mühərrik işə salma/söndürmə sistemi, elektronik əl əyləci, 360 dərəcə görüntü təmin edən kamera sistemi, səs və video multimedia sistemi, avtomatik işləyən klimat kontrol, elektronik tənzimlənən sürücü oturacağı və s. kimi müasir texnologiya avadanlıqları Eado Plus-da mövcuddur. Dəyişikliklərə müştəri incələmələrinə əsasən daha rahat hala gətirilən oturacaqlar da daxildir.
Ön panel dizaynı modern və kompakt Mercedes dizaynından ilhamlanıb. Maraqlı şəkildə, dizaynerlər, sərnişinin önündəki səs sisteminin səs səviyyəsini dəyişdirən kiçik sensor paneldən imtina etdilər. Bütün kontrol artıq sürücünün ixtiyarındadır.
Qalereya