Covid19 zamanı təhlükəsizlik tədbirləri

Hal-hazırda Changan rəsmi diler mərkəzlərinin fəaliyyəti dövlətin qərarları, sanitariya qaydaları ilə tənzimlənir. 

Bu cür standartlar artıq salonda qüvvəyə minib və avtomobil əldə edilərkən, qulluq göstərilərkən virusun ötürülməsi riskinin azaldılmasına yönəldilib. Bura aşağıdakılar daxildir: 

  • diler mərkəzinin otaqlarının və avadanlıqlarının, avtomobillərin təmizlənməsi və dezinfeksiyası standartları. Ümumi təmas nöqtələrinin (qapıların və qapı qulplarının, mebelin) dezinfeksiyasına, havanın zərərsizləşdirilməsinə (havalandırılmasına, kvarslanmasına) xüsusi diqqət yetirilir; 
  • əməkdaşlar üçün standartlar; burada sağlamlıqlarının vəziyyətinə gündəlik nəzarətin, fərdi mühafizə vasitələrinin mütləq və düzgün istifadə edilməsini, təhlükəsiz iş üsullarının nəzərdə tutulur. 

Yuxarıda qeyd olunan standartlar həm Müştərilərin daxil ola biləcəyi otaqlarda, həm də istehsalat zonalarında, diler mərkəzinin ərazisində istifadə olunur. 

Diqqət! Xahiş edirik, diler mərkəzinə gəlməyi planlaşdırdıqda, avtomobilin servisə qəbul edilməsinin mümkün olması üçün əvvəlcədən zəng edin. Təyin edilmiş qəbul vaxtına ciddi riayət edin 

Avtomobilin alınma prosesi

Azərbaycan Avtomobil Evi Changan markalı avtomobillərin Azərbaycanda eksklüziv distribütorudur. Avtomobilləri satmaq, qulluq göstərmək və təmir etmək yalnız Changan rəsmi diler mərkəzinə məxsusdur. İstehsalçı zavod avtomobillərin son istifadəçilərə birbaşa satışını həyata keçirmir. 

Rahatlığınız və avtomobilin mümkün komplektasiyasının, tədarük müddətinin və dəyərin müzakirə edilməsi üçün biz Changan rəsmi dilerinə müraciət etməyinizi tövsiyə edirik. 

Rəsmi diler nümayəndələri müraciət etdiyiniz anda qüvvədə olan mövcud aksiya və avtomobilin alınması üzrə sərfəli proqramlarla bağlı ətraflı məsləhətlər verəcək, habelə, seçdiyiniz modeldə test drayv təşkil edə biləcəklər. 

Sükan arxasında rahatlığınız və əminliyiniz üçün lazım olan hər şey! 

Zəmanətin olması gələcəkdə əminlik deməkdir. Changan zəmanəti müştərilərimizi narahatlıqlardan qurtarır və onların həyatını daha da asanlaşdırır. 

Changan avtomobili alarkən, Siz həmçinin Sizə qarşı dostluq münasibətimizə dair zəmanət əldə edirsiniz, çünki bizim məqsədimiz Sizin məmnuniyyətinizdir. Prioritetlərimiz Sizin maraqlarınıza riayət etmək, Sizə müdafiə hissi bəxş etmək və avtomobil sahibliyindən zövq almağınızı təmin etməkdir. 

Zəmanət təmiri üçün rəsmi servisə müraciət etməklə, Siz avtomobilinizə yalnız orijinal Changan ehtiyat hissələrinin quraşdırılacağından, işlərin isə təsdiqlənmiş təmir üsullarına uyğun olaraq görüldüyündən əmin olacaqsınız. Diler mərkəzlərinin əməkdaşları Changan şirkətinin yüzillik tarixi boyunca topladığı bilik və təcrübəyə malik olan peşəkarlardır. 

Avtomobilinizə Changan rəsmi servisində qulluğun göstərilməsi rahatlığınıza dair zəmanət deməkdir. 

 Zəmanət öhdəlikləri Azərbaycan ərazisində satılmış, qeydiyyata alınmış və yerləşən avtomobillərlə münasibətdə etibarlıdır: 

  1. Rəsmi zəmanət (CS15, CS35Plus, CS55Plus, CS75, CS85, CS95, Eado Plus, HUNTER) – 5 il və ya 150 000 km zəmanət ilə təmin edir. 
  1. Rəsmi zəmanət  UNI-T UNI-K modeli –   6 il və ya 250 000 km zəmanət ilə təmin edir. 

 

  • Niyə Changan rəsmi dilerindən müəyyən komplektasiyada avtomobil sifariş vermək mümkün deyil? 

İstənilən komplektasiyada avtomobilin istehsalını sifariş vermək mümkündür. Lakin hər bir modelin (müəyyən komplektasiyada və rəngdə) tədarük müddəti hər konkret diler üçün logistik tədarüklər zəncirinin xüsusiyyətlərindən, habelə, diler mərkəzinin anbarında avtomobillərin olub- olmadığından asılıdır. Tədarük müddətlərini diler mərkəzinin əməkdaşları ilə razılaşdırmaq lazımdır. Bizim üçün hər bir müştəri əhəmiyyətlidir, buna görə biz yeni avtomobilin gözləmə müddətini optimallaşdırmağa çalışırıq. 

Ümumi suallar

Rəsmi cavab almaq üçün Azərbaycan Avtomobil Evi şirkətinə (Babək prospekti, 74) sorğu göndərin.

Xahiş edirik, Сhangan üçün xidmət və ya məhsulların tədarükü üzrə kommersiya təklifini [email protected] ünvanına göndərin 

Təklifdə aşağıdakılar olmalıdır 

  1. Təşkilatın adı. 
  2. Faktiki ünvan. 
  3. Təklif olunan malın və ya xidmətin spesifikasiyası. 
  4. Təxmin olunan istehsal həcmləri (malla üçün). 
  5. Təşkilatın konkret şəxsinin qeyd edilməsi və əks əlaqə üçün əlaqə məlumatları. 

Təklifiniz bizi maraqlandırdığı halda, SR Group Co birgə satınalma təşkilatının mütəxəssisləri sizinlə əlaqə saxlayacaq. 

Toplu məktublarımıza abunə olmaq və Changan yenilikləri, xidmətləri və təklifləri barədə hər şeyi öyrənmək üçün aşağıdakı linklərdən istifadə edin:  

https://www.instagram.com/changan.aze/  

https://www.facebook.com/changanazerbaijan