Changan Sahiblərinin Bir Araya Toplandığı Kempinq!

“CHANGAN TEAM AZERBAIJAN” 13-14 avqust tarixlərində Changan sahiblərini bir araya toplayaraq,  kempinq təşkil etmişdir. “Shamakhi Green Lake Camping”də baş tutan kempinqdə Changan sahiblərinin şəhərin səs-küyündən uzaqlaşıb, meşəlikdə çadırlarda gecələmək, Şamaxıda yaşıl göl, çay boyu şəlaləyə hiking etmək, blob və yelləncəkdən tullanmaq, voleybol və digər oyunlarda iştirak edərək əylənmək şansları oldu. Tonqal ətrafında musiqi və rəqslər, bir sıra əyləncələrlə yadda qalan kempinq iştirakçıların ürəyincə oldu.

Kempinq zamanı qonaqlarımızın CHANGAN avtomobilləri ilə bağlı fikirlərini bölüşmək, təlimçilərimizdən müvafiq məsləhətlər almaq şansları oldu. Bu tip tədbirlərin keçirilməsində məqsəd Changan sahibləri ilə brend arasında bağ yaratmaq, komandanı genişləndirmək, Changan dünyasına qərq olmaq və ya onu yenidən kəşf etmək üçün imkan yaratmaqdır.

“CHANGAN TEAM AZERBAIJAN” tərəfindən gələcəkdə də bu kimi tədbirlərin tez-tez təşkil ediməsi planlaşdırılır. Beləliklə, siz CHANGAN əldə etdiyiniz zaman  sadəcə avtomobil sahibi deyil, həmçinin sizə bir sıra imtiyazları təqdim edən böyük bir komandanın üzvü olursunuz.