“J.D. Power&Associates” marketinq agentliyinin Çin bölməsi yeni avtomobillərin ənənəvi keyfiyyət reytinqini açıqlayıb. “J.D. Power&Associates”, digər işlərlə yanaşı, müştəri məmnuniyyəti sahəsində araşdırmalarla məşğul olan qlobal analitik agentlikdir. Ardıcıl olaraq artıq ikinci ildir ki, Changan avtomobillərinin keyfiyyəti “J.D. Power&Associates” agentliyinin IQS 2022 araşdırmasına əsasən Çin avtomobil markaları arasında ən yaxşısı kimi tanınır.
Araşdırmanın Çində aparılmasına baxmayaraq, bu qələbə azərbaycanlı alıcılar üçün də böyük əhəmiyyət kəsb edir. Belə ki, həm Çin, həm də Azərbaycan bazarları eyni zavodlarda eyni keyfiyyət standartlarına uyğun istehsal edilən avtomobilləri alır.
*IQS 2022 – İlkin Keyfiyyət Araşdırması (Initial Quality Study), bu araşdırma yeni avtomobil alıcılarının avtomobil sahibi olduqdan sonra ilk 6 ay ərzində qarşılaşdıqları çətinlikləri araşdırır.