“CHANGAN” ölkə bazarında yerini möhkəmləndirir!
Azərbaycan bazarına 2020-ci ildə yenidən qayıdan “CHANGAN” brendi 3 il ərzində Çin avtomobilləri arasında liderliyini qoruyub saxlamışdır. Gündən-günə şəhərdə daha çox rastladığımız Changan avtomobilləri satış rəqəmlərinə görə artıq bir sıra tanınmış dünya brendləri ilə rəqabət aparacaq səviyyəyə çatmışdır. Aparılan daxili arşdırmaların nəticəsinə görə satış sayına görə 2022-ci il ərzində hətta, ilk 5-liyə düşməyə müvəffəq olmuşdur. Xüsusi maraq UNI-T və UNI-K modellərinə göstərilmişdir.
Rəqibləri arasında kifayət qədər güclü brendlər olmasına baxmayaraq, alıcıların “CHANGAN”a üstünlük verməsinə bir sıra amillər təsir etmişdir:
– UNI seriyasına məxsus “UNI-T” və “UNI-K” modellərinə 6 il və ya 250.000 km zəmanət verilməsi;
– Avtomobillərin fərqli dizaynda olması;
– Bütün modellərin ən son təhlükəsizlik sistemləri ilə təchiz edilməsi;
– ilkin 10% ödəniş olmaqla, 5 illik daxili kreditlə verilməsi onu əhali üçün daha əlçatan edir.
Eyni zamanda qeyd etmək lazımdır ki, “CHANGAN” Azərbaycan ölkəmizdə ən əlverişli barter şərtlərini də təqdim edir.
Bütün bu göstəriciləri nəzərə alaraq, qeyd olunan brendə növbəti illərdə tələbatın daha da artacağını proqnozlaşdırmaq çətin deyil.