changan team azerbaijan

Changan sahiblərinin bir araya toplandığı kempinq! Changan Team Azerbaijan 13-14 avqust tarixlərində «Shamakhi Green Lake Camping»də Changan sahibləri üçün unudulmaz bir macəra təşkil edir. Şəhərin səs-küyündən uzaqlaşıb, meşəlikdə çadırlarda gecələmək, Şamaxıda yaşıl göl, çay boyu şəlaləyə hiking etmək, blob və yelləncəkdən tullanmaq, voleybol və digər oyunlarda iştirak edərək əylənmək üçün bizə qoşulun.

Proqrama daxildir:
1-ci gün

07:00 — Changan avtosalonunda hər kəsin öz avtomobili ilə toplanışı; 
11:00 — Göl ərazisinə çatmaq və qaydalarla tanışlıq;
12:00 — Çadırların və yataq torbaların bölünməsi;
13:00 – 14:00 Nahar və təlimçi ilə söhbət;
14:00 — 19:00 — Blobda tullanmaq və digər maraqlı aktiv oyunlar;
19:00 — Axşam yeməyi;
19:00 – 21:00 – Test-drive;
21:00-00:00 — tonqal ətrafında musiqi, istirahət;
23:00 — Tonqalda sosislər (hər bir kempinqin mütləq hissəsi)

2-ci gün

09:00 — Oyanış!
09:30 — Səhər yeməyi;
10:00 — 11:00 — Çadırların və yataq torbaların qaytarılması, ərazinin təmizlənməsi;
11:30 — Şamaxıda şəlaləyə hiking;
13:30 — Bakıya yola düşmə.

İştirakçı sayı məhduddur.

Qeyd: iştirak ödənişsizdir və yalnız CHANGAN sahibləri üçün nəzərdə tutulmuşdur.

[html5_video id=4764]
[html5_video id=4765]