Ölkəmizdə Changan markasının “yenilikçi” Uni seriyası tədricən genişlənir. Bu xəttdə mövcud olan UNI-T modelinə artıq D-SUV seqmentinə aid UNI-K modeli də qoşuldu.
27 may tarixində UNI-K modelinin Azərbaycanda rəsmi təqdimatı baş tutdu. Ölkəmizdə ilk dəfə fərqli formatda təşkil olunan tədbir rəngarəng anlarla yadda qaldı. Təqdimata gələn qonaqları möhtəşəm əyləncəli proqram, atların iştirakı ilə müxtəlif oyunlar və musiqili şou proqram müşayiət etdi.
Gecəyə UNI-K ilə bərabər damğasını vuran at şousu da qonaqların xoş təəccübünə səbəb oldu. Hər ikisi gücü, sahibini darda qoymaması, gözəlliyi və ecazkarlığı ilə seçildiyini bir daha möhtəşəm performansları ilə sübut etdilər. UNI-K modelinin təqdimatı özü kimi unikal və rəngli anlarla yadda qaldı.
Təqdimatda iştirak edən qonaqlar avtomobil ilə bağlı bütün suallarını vermək, eləcə də onu ilk görənlərdən biri olmaq imkanı əldə etdilər.
UNI-K avtomobil sahibinin istəklərini tanıya bilən AI süni şüur sistemi, habelə, üçüncü dərəcəli müstəqil idarəetmə sistemi ilə təchiz edilib. Bu yeni texnologiyalar avtomobilin idarə olunması zamanı yüksək komfort bəxş edir. Bu isə həm komfort, həm də xarizma unikallığını birləşdirir.
UNI-K modeli Azərbaycanda iki təchizatda təklif olunur, 2WD və 4WD. 4WD təchizatında 3 idarəetmə rejimi var (4WD, 2WD və auto). UNI-K modeli D-SUV seqmentinə aiddir (uzunluğu 4,86 metrdən çoxdur). İstehsalçı yeni modeli səkkiz pilləli avtomat sürət qutusu ilə və 2 litrlik turbo mühərriklə təchiz etmişdir. Avtomobilin ən yüksək təchizatı 69.900 AZN dəyərində təklif olunur.
Avtomobili şəxsən canlı şəkildə görmək, bütün özəlliklərini qiymətləndirmək üçün Changan Azəbaycana müraciət edin!
Ətraflı məlumat üçün:
*5544
Babək pr., 74