Gələcəyin enerjisini bu gün yaşayın!

UNI-Z iDD Exellence modeli innovativ texnologiya, güc və effektivliyin təkmil sintezidir. 1.5 litrlik plug-in hibrid mühərriki sayəsində 125 km elektrik yürüşü və ümumilikdə 1100 km-ə qədər məsafə qət etmə imkanı təqdim edir. 190 at gücü və 330 Nm fırlanma anı ilə UNI-Z iDD sürüş zamanı həm güclü reaksiya, həm də yüksək yanacaq qənaəti təmin edir.
WLTC standartlarına əsasən 100 km üçün cəmi 1.1 litr yanacaq sərfiyyatı ilə, bu model şəhər və uzaq məsafələrdə ideal yoldaşınıza çevriləcək. Süni intellekt dəstəyi ilə təchiz olunmuş 13.2 düymlük interaktiv konsol, rahat və funksional interyer, həmçinin qabaqcıl təhlükəsizlik sistemləri ilə UNI-Z iDD 125 MAX həm ailəvi, həm də fərdi istifadə üçün premium bir seçimdir.

UNI Z IDD Excellence, müasirlik və prestijin vəhdətini özündə birləşdirən avanqard dizaynı ilə seçilir. Ön hissədə yerləşən zərif, lakin güclü görünüşlü LED faralar avtomobilə texnoloji və cəsarətli xarakter qazandırır. Geniş radiator barmaqlığı və aerodinamik xətlər UNI Z-in dinamik ruhunu vizual olaraq önə çıxarır. Arxa tərəfdə uzanan LED işıq zolağı və inteqrasiya olunmuş spoiler avtomobilin idman üslubunu tamlayaraq, fərqli və unikal görünüş yaradır. 19 düymlük alüminium disklər isə UNI Z IDD Excellence-ın güc və incəliyini əks etdirən son toxunuşdur.
UNI Z IDD Excellence modelinin interyeri yüksək texnologiya və zərif dizaynın ahəngini əks etdirir. 13.2 düymlük böyük sensorlu ekran və tam rəqəmsal alətlər paneli sürücü üçün intuitiv idarəetmə imkanı yaradır. Dəri materiallı oturacaqlar və yumşaq toxunuşlu səthlər interyerə həm komfort, həm də lüks hiss bəxş edir. İnteraktiv sükan çarxı və ağıllı səsli idarəetmə sistemi ilə hər şeyə əlinizi qaldırmadan nəzarət etmək mümkündür. İntellektual ambient işıqlandırma isə interyeri həm fərdiləşdirir, həm də əhvalınıza uyğun atmosfer yaradır.
Qalereya