
CHANGAN sahiblərini sevindirəcək yenilik: Servis saatları uzadıldı!
Hər zaman müştərilərinin istək və sorğularını nəzərə alan CHANGAN Azərbaycan bu dəfə servis saatlarını uzatdı. Fevral ayının 25-dək servis saatları artırılaraq, həftə içi 12 saat (10:00-22:00), şənbə günləri isə 8 saat (10:00-18:00) olaraq müəyyən edilmişdir. Bazar günləri servis mərkəzi çalışmır.
CHANGAN rəsmi avtoservisi avtomobillərə bütün növ texniki servis xidmətini həyata keçirir. Bundan əlavə servis mərkəzində orijinal ehtiyat hissələrinin satışı və sifarişi də həyata keçirilir. Peşəkar ustaların xidmətindən istifadə etməklə avtomobilinizin texniki vəziyyətindən əmin ola bilərsiniz.
CHANGAN servis mərkəzində mövcud brendə aid modellərdən əlavə, bütün digər avtomobillər üçün dəmirçi, rəngsaz, cilalama, bufer təmiri, armatur işləri də həyata keçirilir. Avtomobilinizin bütün problemlərini aradan qaldırmaq üçün servis mərkəzinə müraciət edə bilərsiniz.
Əlaqə: *5544
Ünvan: Babək pr, 74